Ordu.az xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton və Kopenhagen arasında diplomatik əlaqələr "minimum səviyyədə"dir. Əvvəllər ABŞ Prezidenti Donald Trampın tələblərinə məhəl qoymamağa çalışan və müttəfiqlərini onun şərhlərinə cavab verməməyə çağıran Danimarka son həftələrdə taktikasını dəyişərək Vaşinqtonun ritorikasına kəskin reaksiya verir.
ABŞ administrasiyasının Danimarkanın Qrenlandiya muxtar ərazisini idarə etməsi ilə bağlı hücumlarına toxunan L.Rasmussen qeyd edib ki, Danimarka tərəfi "tənqidə açıqdır", lakin "bunun təqdim edildiyi tonu bəyənmir".
Daha əvvəl Ağ Evin sahibi Vaşinqtonun istənilən halda Qrenlandiyanı əldə edəcəyini söyləyib. Bununla yanaşı, D.Tramp “NBC News” telekanalına müsahibəsində "bunu hərbi güc olmadan etmək üçün yaxşı şansların olduğunu", lakin "heç nəyi istisna etmədiyini" diqqətə çatdırıb.
Ordu.az