Husilər ABŞ PUA-sını vurduqlarını iddia ediblər

2025/04/1743484738.jpg
Oxunub: 339     03:46     01 Aprel 2025    
“Ənsar Allah” hərəkatının üzvləri Yəmənin hava məkanında ABŞ-ın “MQ-9 Reaper” pilotsuz uçuş aparatını vurublar.

Ordu.az xəbər verir ki, bunu husi birliklərinin nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalına açıqlaması zamanı deyib.

“Hava Hücumundan Müdafiə qüvvələrimiz Marib əyaləti üzərində ABŞ-ın kəşfiyyat missiyasını yerinə yetirən MQ-9 pilotsuz təyyarəsini vurub.”, - o bildirib.

Onun sözlərinə görə, PUA yerli istehsal olan raketlə vurulub.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husi   ABŞ   PUA  


Bizi "telegram"da izləyin