ABŞ Dövlət Departamenti Marin Le Penə qarşı məhkəmə qərarını şərh edib

2025/04/1743484478.jpg
Oxunub: 345     02:00     01 Aprel 2025    
Qərb ölkələri uyğun olmayan şəxsləri siyasi proseslərdən kənarda qoymamalıdırlar.

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs Fransanın "Milli Birlik" Partiyası parlament fraksiyasının rəhbəri Marin Le Penə qarşı məhkəmə qərarını şərh edərkən deyib.

“İnsanların siyasi proseslərdən kənarda qalması xüsusilə narahatedicidir”, - Brüs vurğulayıb.

Qeyd edək ki, martın 31-də Le Pen 4 il müddətinə azadlıqdan məhrum edilib və 5 il dövlət vəzifəsində çalışa bilməyəcək. Siyasətçi cəzasını həbsxanada çəkməyərək evində elektron qolbaqla keçirəcək.

Le Pen və digər səkkiz deputat Avropa Parlamentində köməkçiləri işə götürmək üçün nəzərdə tutulan vəsaitləri mənimsəməkdə təqsirli biliniblər.

Siyasətçinin cəzası onun 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcəyi anlamına gəlir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Le-Pen   ABŞ  


Bizi "telegram"da izləyin