İran danışıqlardan imtina edərsə, ABŞ digər variantları həyata keçirəcək

2025/04/1743484053.jpg
Oxunub: 607     23:10     31 Mart 2025    
“İran nüvə proqramı ilə bağlı danışıqlardan imtina edərsə, ABŞ administrasiyası digər variantları həyata keçirəcək.”

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlərə açıqlaması zamanı deyib.

"Bildiyimiz kimi, ABŞ prezidenti Donald Tramp İranla razılaşmanı müzakirə etməyə hazır olduğunu bildirib. Prezident İran rejiminin razılaşma əldə etmək istəmədiyi təqdirdə İran üçün çox pis olacaq başqa variantları da izləyəcəyini açıq şəkildə bildirib", - o deyib.

O həmçinin bildirib ki, Trampın fikrincə İran heç vaxt nüvə silahına malik olmamalıdır və o açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar buna icazə verə bilməz.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin