Ordu.az xəbər verir ki, bu barədə Sermitsiaq qəzeti yazır.
Motsfeldt Frederiksenin Qrenlandiya hökuməti formalaşmadan adaya gəlməsinin məntiqsiz olduğunu bildirib: “Xüsusən də onun özü əvvəllər oxşar halları tənqid etdiyi halda bu səfər yersiz görünür”, – deyə nazir vurğulayıb.
O, Danimarka baş nazirinin Qrenlandiyaya səfəri öncəsi Amerika nümayəndə heyətinin eyni şəraitdə adaya gəlişini tənqid etdiyini xatırladıb.
Motsfeldt əlavə edib ki, Frederiksen yalnız parlament toplaşdıqdan və yeni hökumət rəsmən təsdiqləndikdən sonra Qrenlandiyaya səfər etməlidir.
Ordu.az