Kaya Kallas ABŞ-ı Kremlə təzyiq göstərməyə çağırıb

2025/02/1739593772.jpg
Oxunub: 588     16:09     31 Mart 2025    
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ-ı üç ildir davam edən Ukrayna-Rusiya münaqişəsinə son qoymaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

Ordu.az “Reuters“ ə istinadən xəbər verir ki, bunu Kaya Kallas Madriddə keçirilən Avropa xarici işlər nazirlərinin toplantısından əvvəl deyib.

Kallas Rusiyanı yaxşı niyyət göstərməyə və Ukraynadakı atəşkəsə razı olmağa çağırıb.

Onun sözlərinə görə, Rusiyaya deportasiya edilmiş ukraynalı uşaqların geri qaytarılması və müharibə əsirlərinin azad edilməsi Rusiyanın xoş niyyətini göstərmək üçün edə biləcəyi addımlardır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   ABŞ   Kreml  


Bizi "telegram"da izləyin