İran Trampın təhdidləri fonunda raket sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirib

2024/10/1730007217.jpg
Oxunub: 370     12:26     31 Mart 2025    
İran Trampın təhdidləri fonunda raket sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirib.

Ordu.az bu barədə İran KİV-ə isitinadən xəbər verir.

Qeyd olunub ki, hazırda yeraltı hərbi bazaların yerləşdiyi bütün şəhərlərdə buraxılış qurğuları hazırlanır.

"Tehranın onun şərtləri əsasında yeni nüvə sazişi ilə razılaşmadığı təqdirdə prezident Donald Trampın dəfələrlə təhdidləri fonunda İran ordusu ABŞ-la mövqeləri vura biləcək raketlər hazırlayıb", - məlumatda deyilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin