İran ABŞ ilə müharibəyə hazırlaşır

2025/03/1743398925.jpg
Oxunub: 854     06:55     31 Mart 2025    
İran raketləri hazırda qurğulara yüklənir və ABŞ tərəfindən eskalasiya halında buraxılmağa hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə mənbəyə istinadən “Tehran Times” qəzeti yazıb.

Məqalədə deyilir: “Pandora qutusunun açılması ABŞ hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək”.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirən Amerika lideri deyib: “Nüvə sazişində irəliləyiş olmasa, iki həftədən sonra İrana qarşı ikinci dərəcəli rüsumların tətbiqi ilə bağlı qərar qəbul edəcəyəm”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Müharibə  


Bizi "telegram"da izləyin