Ordu.az xəbər verir ki, bu barədə Britaniya baş nazirinin ofisi məlumat yayıb.
Qeyd olunub ki, liderlər ikitərəfli əməkdaşlığı müzakirə edib, həmçinin iqtisadi əməkdaşlıq haqqında saziş üzrə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.
“Ukraynanı müzakirə edən baş nazir bu həftə (keçən - Qeyd) Parisdə “istəklilər koalisiyası”nın görüşündə məhsuldar müzakirələr barədə prezidentə məlumat verib”, - deyə məlumatda bildirilib.
Tərəflər həmçinin Rusiya prezidenti Vladimir Putinə qarşı kollektiv təzyiqlərin davam etdirilməsinin zəruriliyini təsdiqləyiblər.
Ordu.az