ABŞ lideri Zelenskiyə xəbərdarlıq edib, İranı isə sanksiya ilə hədələyib

2025/03/1743346701.jpg
Oxunub: 947     04:34     31 Mart 2025    
ABŞ prezidenti Donald Tramp bildirib ki, Volodimir Zelenski ABŞ və Ukrayna arasında nadir torpaq mineralları sazişindən çıxmağa çalışır.

Bu barədə Ordu.az “Reuters”ə istinadən xəbər verir.

“O, nadir torpaq müqaviləsindən uzaqlaşmağa çalışır. Bunu etsə, bəzi problemləri olacaq. Böyük, böyük problemləri”, - deyə Tramp bildirib.

Amerika lideri İranla bağlı da danışıb: “Nüvə sazişində irəliləyiş olmasa, iki həftədən sonra İrana qarşı ikinci dərəcəli rüsumların tətbiqi ilə bağlı qərar qəbul edəcəyəm”.

Bundan əvvəl Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Zelenski   İran  


Bizi "telegram"da izləyin