Qrenlandiyanın baş naziri Trampa sərt cavab verib

2025/03/1743398602.jpg
Oxunub: 403     03:48     31 Mart 2025    
Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen ABŞ-nin adanı almayacağını bildirib.

Ordu.az xəbər verir ki, baş nazir feysbuk səhifəsindəki paylaşımında prezident Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək niyyətinə münasibət bildirib.

“Tramp bildirib ki, ABŞ Qrenlandiyanı alacaq. Bunu açıq deyim: ABŞ adanı əldə etməyəcək. Biz başqalarına aid deyilik. Gələcəyimizi özümüz təyin edirik. Dünən də belə idi, bu gün də belədir və belə də olacaq”, - deyə siyasətçi bildirib.

Nilsen vurğulayıb ki, Qrenlandiya əhalisi Amerika prezidentinin bu cür bəyanatlarından qorxmamalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrenlandiya   Amerika  


Bizi "telegram"da izləyin