İran XİN ABŞ-la yazışmaların təfərrüatlarını açıqlamaqdan imtina edib

2025/03/1743398288.jpg
Oxunub: 441     01:43     31 Mart 2025    
İran Xarici İşlər Nazirliyi ölkənin “milli maraqları” üçün lazım olan müddətə qədər ABŞ-la yazışmalarının təfərrüatlarını açıqlamayacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Nazirlik bildirib ki, beynəlxalq yazışmaların məxfiliyinin qorunması, diplomatik proseslərin təfərrüatlarının açıqlanmaması “peşəkar” davranışdır və milli təhlükəsizliyin təmin edilməsi üçün zəruridir.

Vurğulanıb ki, yazışmaları dərc etməyə çağırışlar və hökumətin xalqa etimad göstərməməsi ilə bağlı ittihamlar guya cəmiyyətdəki yüksək gərginliyi əks etdirir və nüvə sazişi üzrə danışıqlarla bağlı spekulyasiyalardır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN   ABŞ  


Bizi "telegram"da izləyin