Husilər Ben Qurion hava limanına növbəti raket zərbəsi endirib

2025/01/1736918423.jpg
Oxunub: 448     17:34     30 Mart 2025    
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər ballistik raketdən istifadə edərək Tel-Əvivin Ben Qurion hava limanına növbəti dəfə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səriya “Al Masirah” telekanalının efirində bildirib.

“Raket Qüvvələri hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı "Zülfikar" tipli ballistik raketlə işğal olunmuş Yaffa bölgəsində (Təl-Əviv - red.) Ben Qurion hava limanını vurublar. Husilərin rəhbərlik etdiyi silahlı qüvvələrin sözçüsünə görə, əməliyyat uğurla başa çatıb", - məlumatda bildirilib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Yəməndən atılan raketi ölkənin hava məkanına daxil olmazdan zərərsizləşdirdiyini bildirib. İsrailin bəzi bölgələrində, o cümlədən Təl-Əvivdə hava hücumu xəbərdarlığı edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ben-Qurion   Husilər  


Bizi "telegram"da izləyin