“Spectrum” raket-daşıyıcısının buraxılışı uğursuz olub

2025/03/39491-1743341065.jpg
Oxunub: 445     17:07     30 Mart 2025    
Almaniyanın “Isar Aerospace” şirkətinin “Spectrum” raket-daşıyıcısı buraxılışdan az sonra yerə düşüb.

Ordu.az-ın xəbərinə görə, raket-daşıyıcısının buraxılışı şirkətin “YouTube” kanalı üzərindən yayımlanıb.

Raket-daşıyıcının buraxılışı yerli vaxtla saat 13.30-da Norveçin Anneya kosmodromundan həyata keçirilib. Ancaq “Spectrum” raket-daşıyıcısı buraxılışdan bir neçə saniyə sonra yerə düşüb. Şirkətin bundan əvvəl raket-daşıyıcısını orbitə çıxarmaq cəhdi də uğursuz olub.

Hündürlüyü 28 metr olan “Spectrum” raket-daşıyıcısı yerin aşağı orbitinə 1000 kq yükün çatdırılması üçün nəzərdə tutulub.

“Isar Aerospace” şirkəti 2018-ci ildə yaradılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Spectrum   Raket  


Bizi "telegram"da izləyin