Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Defenceturk.net” nəşri yazıb.
Nəşr qeyd edib ki, bununla belə, son illərdə ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) köhnə donanmanın yenilənməsi, gəmiqayırma zavodlarının imkanlarına məhdudiyyətlər, insan resurslarının təlimi və modernləşdirmə layihələri üçün yüksək xərclər kimi ciddi problemlərlə üzləşib.
“Gəmiqayırma sənayesindəki yavaşlama və istehsal proseslərindəki səmərəsizliklər ölkənin dəniz qüvvələrini saxlamaq qabiliyyətini şübhə altına aldığından, Konqresə mövzu ilə bağlı yeni bir təklif təqdim edilib: “Shipbuilding and Harbor Infrastructure for Prosperity and Security (SHIPS) Act”.
SHIPS Qanunu HDQ-nin parkının genişləndirilməsi məqsədlərinə dəstək olmaq, gəmiqayırma infrastrukturunu modernləşdirmək və ABŞ gəmiqayırma sənayesinin qlobal rəqabət qabiliyyətini artırmaq üçün hərtərəfli yol xəritəsi təqdim edir.
“Dünyanın jandarması” rolunu öz üzərinə götürən ABŞ müasir və güclü gəmiqayırma sektorundan asılıdır. Bununla belə, sektor son illər müxtəlif struktur problemləri ilə mübarizə aparır. Gəmiqayırma zavodunun imkanlarının qeyri-kafi olması, istehsal xərclərinin artması, texnologiyaya uyğunlaşmanın gecikməsi, ixtisaslı işçi qüvvəsinin olmaması donanmanın ehtiyac duyduğu yeni gəmilərin vaxtında və münasib qiymətlərlə qurulmasını çətinləşdirir.
Bundan əlavə, mövcud donanmanın köhnəlməsi, texniki qulluq və təmir proseslərində gecikmələr donanmanın əməliyyat səmərəliliyini məhdudlaşdıran əsas amillərdəndir. Bu məsələlər ABŞ-nin qlobal dəniz üstünlüyünü qorumaq məqsədini təhdid edir, eyni zamanda SHIPS Qanunu kimi qanunvericiliyin əhəmiyyətini artırır”, - deyə nəşr bildirib.
Sevinc Əliyeva
Ordu.az