Ordu.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
“Politico” Aİ diplomatlarına istinadən edərək bildirib ki, Cənubi Avropa ölkələri qitəni hərbi cəhətdən daha müstəqil etmək üçün 150 milyard avroluq (161 milyard dollar) planın onların ağır borc yüklərinə həddindən artıq təzyiq göstərə biləcəyindən narahatdırlar.
Rusiya ilə həmsərhəd olan Baltikyanı ölkələr ABŞ prezidenti Donald Trampın tələblərinə uyğun olaraq müdafiə xərclərini xeyli artırıb. Tramp Avropadakı NATO müttəfiqlərini ABŞ-nin hərbi imkanlarına güvənməkdə ittiham edir.
Tramp Vaşinqtonun Avropanın təhlükəsizliyinə sadiqliyinə və Ukraynanın Rusiyaya qarşı mübarizəsinə dəstəyinə şübhə edərək, Avropa liderlərini hərbi xərclərini artırmağa təşviq edib.
Ötən həftə Aİ-nin Ukraynaya ayırdığı 40 milyard avro (43,3 milyard dollar) yardım paketi Fransa, İtaliya, İspaniya və Portuqaliyanın etirazından sonra Avropa Şurasının sammitinin gündəmindən çıxarılıb.
Sevinc Əliyeva
Ordu.az