“Anadalou Kartalı” bu ilin iyun və iyul aylarında keçiriləcək

2025/03/1743154502.jpg
Oxunub: 825     15:11     01 Aprel 2025    
Türkiyə Hərbi Hava Qüvvələrinin dünyaya təlim xidməti verdiyi “Anadalou Kartalı” bu ilin iyun və iyul aylarında keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Aviasiya həvəskarlarının çoxdan gözlədiyi “Aviasiya Fotoqrafları Günü” iyulun 2-də keçiriləcək.

Konyadakı 3-cü Əsas Reaktiv Baza Komandanlığında keçirilən “Anadolu Kartalı” təlimləri ildə 4 dəfə həm yerli, həm də xarici ölkələrin iştirakı ilə keçirilir.

Təlim zamanı Konya 3-cü Əsas Reaktiv Baza Komandanlığı əvvəlcədən müəyyən edilmiş bir gündə mətbuat mənsublarının, digər gün isə həm Türkiyədən, həm də xaricdən gələn aviasiya fotoqraflarının üzünə açılır.

Ötən il uçuş-enmə zolağı təmiri səbəbiylə keçirilə bilməyən aviasiya fotoqrafları günü üçün xaricdən Konyaya yüzlərlə əcnəbi gəlir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anadalou-Kartalı   Türkiyə  


Bizi "telegram"da izləyin