Ordu.az xəbər verir ki, vizual yönləndirmə və uçuş göyərtəsini işıqlandırma avadanlığından ibarət sistem avadanlığının müvafiq konfiqurasiyada işləməsini təmin edən proqram təminatını ehtiva edən HEGİDAS pilotların helikopteri gəmiyə təhlükəsiz şəkildə yaxınlaşdırmasında və endirməsində mühüm rol oynayır.
Suüstü döyüş gəmilərində istifadə edilən və indiyə qədər xaricdən tədarük edilən Helikopter Vizual Eniş Dəstəyi İşıqlandırma Sistemi (HEGİDAS) STM-in yerliləşdirmə səyləri və “Berkin Mühendislik” ilə əməkdaşlıq çərçivısində Türkiyəyə qazandırılıb.
HEGİDAS Milli Gəmi Layihəsi MİLGEM başda olmaqla, bütün hərbi suüstü platformalarda istifadə edilə bilən xüsusiyyətlərə malikdir.
Sevinc Əliyeva
Ordu.az