Avstraliya “Bushmaster” avtomobilində antidron sistemlərini sınaqdan keçirib

2025/03/1743152344.jpg
Oxunub: 320     13:18     01 Aprel 2025    
“Thales Australia” şirkəti “Bushmaster” zirehli avtomobilini “Dedrone by Axon”un antidron sistemləri ilə sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Şirkətin verdiyi məlumata görə, “Dedrone” texnologiyası “Bushmaster” avtomobili hərəkətdə olarkən, düşmənin kiçik, orta və böyük pilotsuz uçuş aparatlarını aşkar edir, izləyir və zərərsizləşdirir.

Sınaqlar “Thales Australia” şirkətinin Cənubi Avstraliyadakı “Bendigo” obyekti yaxınlığında simulyasiya edilmiş döyüş meydanı şəraitində aparılıb.

“Bushmaster” avtomobilinə antidron imkanlarının inteqrasiyası platformanın daha geniş modernləşdirilməsi proqramının bir hissəsidir.

Digər təkmilləşdirmələrə rəqəmsal alətlər toplusu, genişlənə bilən ballistik zireh, artırılmış yük tutumu və mühərrikin təkmilləşdirilməsi daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Bushmaster  


Bizi "telegram"da izləyin