Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Hayk Demoyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Qarabağ artıq təhvil verilib, amma deyirlər ki, “hərəkat” davam etməməlidir.
“Bununla bağlı növbəti düşüncə incisi belə səslənəcək: “Mən hesab edirəm ki, Ermənistan müstəqil beynəlxalq qurum kimi özünün həyat qabiliyyətini sübut etdi, ona görə də biz başqa, daha güclü dövlət quruluşunda parçalanmalıyıq”.
Ermənistanda kadastr şəhadətnaməsinin olmaması tezisinin nə vaxt başladığını, necə davam etdiyini və indiyədək hansı nəticələrin qeydə alındığını xatırladım. Yenə deyirəm: “Qarabağ hərəkatı”nın sona çatmasının elanı ilə bu gün Ermənistan dövlətçiliyinin dağılmasının son mərhələsinə geri sayım elan edildi”, - deyə Demoyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az