Ordu.az “UK Defence Journal”a istinadən xəbər verir ki, son günlərdə ABŞ-nin hərbi aktivlərinin Dieqo Qarsiyaya əhəmiyyətli yerdəyişməsi müşahidə edilib.
Bu, onların böyük bir hava əməliyyatına hazırlaşdıqlarını göstərir.
Fəaliyyətin artması prezident Donald Trampın vəzifəyə başladığı yanvar ayından etibarən ABŞ-nin Yaxın Şərqdə həyta keçirdiyi və Yəməndə husilərin nəzarətindəki bölgələri hədəf alan ən böyük hərbi hücumlardan sonra baş verib.
Hərbi uçuş izləmə məlumatlarının açıq mənbəli kəşfiyyatının (OSINT) təhlilinə görə, ən azı 5 ədəd “B-2 Spirit” stels tipli bombardmançı təyyarəsi və 7 ədəd “C-17A Globemaster III” nəqliyyat təyyarəsi Hind okeanının ucqar bazasına gəlib və ya gəlir.
Sevinc Əliyeva
Ordu.az