Hindistan “Tavasya” freqatını suya buraxıb

2025/03/1366--1743144041.jpg
Oxunub: 388     14:38     01 Aprel 2025    
Hindistan “Tavasya” adlı ikinci freqatını suya buraxaraq, yerli gəmiqayırma proqramında əhəmiyyətli bir addım atıb.

Ordu.az xəbər verir ki, Hindistan müdafiə nazirinin müavini Sanjay Set “Goa Shipyard Limited”də (GSL) keçirilən mərasimdə iştirak edib.

Mərasim ənənəvi dənizə buraxma mərasimi ilə baş tutub. Tədbirdə Qərb Dəniz Qüvvələri Komandanlığının komandanı, vitse-admiral Sanjay C. Sinqh də iştirak edib.

“Tavasya” freqatı Hindistanın yerli istehsal gücünü artırmaq məqsədi ilə həyata keçirilən 1135.6 Layihəsi çərçivəsində inşa edilib. Proqram Hindistan və Rusiya arasında dəniz əməkdaşlığına əsaslanır.

Freqat əvvəlcə Rusiyada istehsal edilib, sonra Hindistan gəmiqayırma zavodlarında inşa edilməyə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Tavasya  


Bizi "telegram"da izləyin