ABŞ AN/TPQ-53 radar sistemi ilə cənub sərhədində təhlükəsizlik tədbirlərini artırır

2025/03/1366--1743143886.jpg
Oxunub: 447     16:36     01 Aprel 2025    
ABŞ “Lockheed Martin” tərəfindən hazırlanmış AN/TPQ-53 radar sistemi ilə cənub sərhədində təhlükəsizlik tədbirlərini artırır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Şimal Komandanlığının (USNORTHCOM) nəzdində fəaliyyət göstərən JTF-SB radarın komanda-nəzarət sistemlərinə inteqrasiyasını başa çatdırıb.

Bu addım sərhəd təhlükəsizliyi əməliyyatlarında həm hava, həm də quru təhlükələrinə qarşı situasiya məlumatlılığını artırmaq məqsədi daşıyır.

AN/TPQ-53 uzun illərdir ABŞ ordusu tərəfindən istifadə edilən, döyüş meydanında sübut edilmiş radar sistemidir. Sistem minaatanları, raketləri və artilleriya atəşini aşkar etmək və izləmək qabiliyyəti ilə tanınır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Lockheed-Martin  


Bizi "telegram"da izləyin