Ordu.az xəbər verir ki, “Avalon Australian International Airshow” sərgisində imzalanan müqavilə çərçivəsində “Cambridge Technologies” şirkəti “AC Tasarım”ın bu regionlarda rəsmi distribyutoru olub.
Aviasiya və müdafiə sənayesində ixtisaslaşmış “Cambridge Technologies” ilə əməkdaşlıq “AC Tasarım”ın beynəlxalq bazardakı mövqeyini gücləndirir və brendin qlobal əhatə dairəsini genişləndirir.
“AC Tasarım” öz məhsullarını Avstraliyanın ən nüfuzlu aviasiya tədbirlərindən birində nümayiş etdirməklə, böyük diqqət çəkib.
“AC Tasarım” rəsmiləri şirkətin loqosu və məhsullarının Avstraliya və Yeni Zelandiya bazarlarında nümayiş etdirilməsinin qürur mənbəyi olduğunu bildiriblər, bu uğurda verdikləri töhfələrə görə bütün komandaya təşəkkür ediblər.
Sevinc Əliyeva
Ordu.az