Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
GDELS-in verdiyi açıqlamada deyilir ki, “Santa Barbara Sistemas” bölməsi 155 mm-lik artilleriya lüləsini martın sonuna qədər ABŞ-də yerləşən “General Dynamics Ordnance and Tactical Systems” (GD-OTS) şirkətinə təhvil verəcək.
“Defence Blog”un məlumata görə, lülə İspaniya ordusunun SIAC 155 haubitsalarında istifadə edilənlərə bənzəyir və əvvəllər ayrıca beynəlxalq müştəriyə ixrac edilib.
Bildirilib ki, sözügedən artilleriya lüləsi tamamilə GDELS-in Asturiya ştatının Trubia şəhərindəki müəssisəsində layihələndirilib və istehsal edilib.
Qeyd edilib ki, GD-OTS döyüş sursatlarının təkmilləşdirilməsi mərkəzində yeni növ sursatların, mərmilərin və yanacaqların hazırlanması üçün atış sınaq platforması kimi istifadə olunacaq.
Sevinc Əliyeva
Ordu.az