Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tayvan administrasiyasının ordusunun son təlimləri artilleriya sistemlərinin Taoyuan kimi şəhərlərdə və onun ətrafındakı sənaye ərazilərində necə gizlədilə və idarə oluna biləcəyini nümayiş etdirib.
Tayvan administrasiyasının ordusunun verdiyi məlumata görə, bu qüvvələrin və silahların şəhər mərkəzlərində yerləşdirilməsi Çinin mümkün müdaxiləsi qarşısında sağqalma qabiliyyətinin və hərəkətliliyin artırılmasına yönəlib.
Məlumatlara görə, Tayvan administrasiyasının qüvvələri ərazidə komandanlıq və rabitə məntəqəsi yaradıb, Zhuvay limanı ilə Taypey limanı arasında sahilyanı ərazinin ələ keçirilməsi simulyasiyalarını həyata keçirib.
Bu bölgə boğazlararası münaqişə ssenarisində potensial eniş zonası kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az