Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Görüntülər Rusiya mediası tərəfindən təqdim edilsə də, Qərb hərbi ekspertlərinin fikrincə, sistem hələ kütləvi istehsala daxil olmayıb və göstərilən bölmə sınaq rejimindədir.
“Pantsir-SM-SV” döyüş meydanında HHM üçün nəzərdə tutulmuş “Pantsir” sisteminin tırtıllı versiyasıdır.
Dövlətə məxsus “Rostec” korporasiyası tərəfindən hazırlanmış bu sistem yolsuzluq da daxil olmaqla, hər cür şəraitdə qoşunları qorumaq üçün istehsal edilib, “Tor”, “Buk” və “Tunguska” HHM sistemlərində də istifadə olunan GM-5970 tırtıllı şassisinə quraşdırılıb.
“Pantsir-SM-SV” 80 kilometrə qədər məsafədəki hədəfləri aşkarlaya bilən yeni aktiv mərhələli radarla təchiz edilib.
Tərtibatçılar bildirirlər ki, tək döyüş vasitəsi dəqiqədə 16 hədəfi vura bilir və maksimum nişanalma məsafəsi 40 kilometrdir. Sistemdə istifadə olunan raketlərin növləri barədə məlumat verilməyib.
Sevinc Əliyeva
Ordu.az