Niderland Müdafiə Nazirliyi ordunun şəxsi heyətini 200 minə qədər genişləndirməyi planlaşdırır

2025/03/1743065102.jpg
Oxunub: 541     21:44     30 Mart 2025    
Niderland Müdafiə Nazirliyi 2030-cu ilə qədər ordunun şəxsi heyətini 70 mindən 100 minə, lazım gələrsə, 200 minə qədər genişləndirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Niderlandın müdafiə naziri Geys Tuinmanın Niderland parlamentinə təqdim etdiyi yeni plana görə, Niderland ordusunda böyük bir artım addımı atmağa hazırlaşır.

Plana görə, Niderland 2027-ci ilə qədər Niderland Silahlı Qüvvələrini sülhməramlı və hərbi qüvvələrə böləcək, genişləndirilmiş qüvvələr isə 2030-cu ilə qədər tam hazır olacaq.

Plana əsasən, orduda ilkin olaraq peşəkar hərbi qulluqçular, ehtiyatda olanlar və mülki şəxslər də daxil olmaqla, təxminən 100 min şəxsi heyət xidmət edəcək.

Niderland Müdafiə Nazirliyi ordunun 200.000 personala ehtiyac duyacağını təxmin edir, lakin genişlənmənin miqyası müdafiə büdcəsindən asılı olacağı üçün prosesi mərhələlərlə etməyi planlaşdırır.

Bundan əlavə, plana əsasən, Niderland və Belçika qlobal əməliyyatların aparılması üçün birgə dəniz xüsusi əməliyyatları üzrə xüsusi qrup yaradacaqlar.

Digər tərəfdən, Niderlandın Birləşmiş Dəniz Xüsusi Əməliyyatlar Missiya Qrupu (C-SOMTG) 2025-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   MN  


Bizi "telegram"da izləyin