Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Dəyəri yüz milyonlarla dollar olan müqaviləyə əsasən, “Lockheed Martin” İsrail üçün istehsal edilən helikopterlərə yeni missiya sistemləri və avadanlıqları inteqrasiya edəcək, hər bir helikopterin modifikasiyası üçün xüsusi olaraq ayrıca istehsal xətti quracaq.
“Sikorsky” hazırda CH-53K parkını İsrailin 1969-cu ildən istismarda olan “CH-53 Yasur” helikopterlərini əvəz etmək üçün ABŞ-dən 2021-ci ildə 2 milyard dollarlıq xarici hərbi satış sifarişi çərçivəsində Konnektikut ştatının Stratford şəhərindəki mərkəzində yığır.
Ağır yük helikopterinin kabinəsi sələfindən 30 santimetr genişdir və yükgötürmə qabiliyyəti 16 329 kiloqramdır ki, bu da ABŞ ordusunun Birgə Yüngül Taktik Vasitəsi də daxil olmaqla, istənilən şeyi daşımağa imkan verir.
Sevinc Əliyeva
Ordu.az