Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Prism SKR” alqoritmləri hədəf yeri, identifikasiyası, hərəkət istiqaməti və hədəf nöqtəsinin lokalizasiyası haqqında real vaxt məlumatı təmin edir, aşağı güclü quraşdırılmış prosessorlarla təchiz edilir və həm infraqırmızı istilik, həm də görünən kamera məlumatları ilə uyğun gəlir.
Bu məlumatlar “hava-yer” (A2G), “yer-hava”, “hava-hava” və “yer-yer” əməliyyatları daxil olmaqla, müxtəlif missiya profillərində avtonom uçuş sistemlərini dəstəkləyir.
Proqram təminatı Silah Açıq Sistemlər Arxitekturasının (WOSA) interfeysi vasitəsilə mövcud avtonomluq və naviqasiya sistemləri ilə inteqrasiya etmək üçün nəzərdə tutulub.
Bundan əlavə, həll “Prism” daxil edilmiş proqram ekosistemi və “Teledyne FLIR IR” kamera modulları ilə tam uyğun gəlir.
Sevinc Əliyeva
Ordu.az