Tayvan Çinin mümkün müdaxiləsi barədə xəbərdarlıq edir

2025/03/1743061408.jpg
Oxunub: 447     17:55     30 Mart 2025    
Tayvan administrasiyası ilk dəfə rəsmi olaraq 2027-ci ili Çinin müdaxiləsi üçün potensial il kimi müəyyənləşdirib və Pekinlə gərginliklə bağlı artan narahatlıqları vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Tayvan administrasiyasının Müdafiə Nazirliyi bu tarixi martın 18-də Çin ordusunun genişmiqyaslı hücumunu simulyasiya edən döyüş təlimlərini əks etdirən sənəddə açıqlayıb.

Bu çərçivədə Tayvan administrasiyasının Müdafiə Nazirliyi keçən il 5 gün davam edən, Tayvan administrasiyasının ən əhatəli hərbi təlimi olan “Han Kuang” təliminin bu il 10 gün müddətində keçiriləcəyini açıqlayıb.

“Bloomberg” tərəfindən nəzərdən keçirilən ictimai sənədlərə görə, ən azı son 10 ildə keçirilən təlimlərdə mümkün müdaxilə üçün dəqiq bir tarix qeyd edilməyib.

Bununla belə, Tayvan administrasiyasının müdafiə naziri Vellinqton Koo vurğulayıb ki, müəyyən edilmiş tarix müdaxilənin qəti proqnozu deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Çin  


Bizi "telegram"da izləyin