Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, xarici kəşfiyyat agentliyinə məlumat ötürdüyü aşkarlanan keçmiş müdafiə mühəndisi Liu ölüm cəzasına məhkum edilib.
Bu qərar casusluq ittihamı ilə verilən nadir ölüm hökmlərindən biri kimi qeydə alınıb.
MSS-in bəyanatında Liunun fəaliyyətinin Çinin təhlükəsizliyinə böyük təhdid yaratdığı bildirilir. Liu Çində müdafiə tədqiqatı institutunda mühəndis köməkçisi işləyib.
Məlumata görə, Liu iş yerində ona qarşı haqsızlıq edildiyini düşünüb və institutu tərk etməzdən əvvəl məxfi sənədləri gizli surətdə ötürüb.
MSS-nin məlumatına görə, Liu bu proses zamanı Çinin beşinci nəsil döyüş təyyarəsi ilə bağlı məlumatları xarici kəşfiyyat orqanına sızdırıb və bunun müqabilində gizli şəkildə müxtəlif bank hesablarına pul köçürülüb.
Sevinc Əliyeva
Ordu.az