“Lockheed Martin” F-35-lər müqabilində Kanadaya iş təklif edir

2025/03/1743057559.jpg
Oxunub: 498     20:38     30 Mart 2025    
Bir mənbə bildirib ki, F-35 döyüş təyyarələrini istehsal edən ABŞ-nin müdafiə nəhəngi “Lockheed Martin” Ottavanın 2023-cü ildə müqavilə elan edildiyi zaman alacağını söylədiyi təyyarələrin hamısını alacağı təqdirdə Kanadada daha çox iş yeri yaratmağı təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə “Globe and Mail” məlumat yayıb.

Kanada 88 döyüş təyyarəsi almaq üçün 19 milyard dollar xərcləməyə razılaşıb, lakin təyyarələrin yalnız 16-sı üçün qanunvericiliklə maliyyələşdirmə öhdəliyi var, bunlardan birincisi 2026-cı ildə gəlməlidir. Qalan 72-ni almaq məcburiyyətində deyil.

F-35-lərin alınması proqramı haqqında birbaşa məlumatı olan yüksək səviyyəli hökumət mənbəsi “Globe and Mail”ə bildirib ki, söhbət təkcə alış qiymətindən deyil, həm də iş yerlərindən gedir.

Mənbə qeyd edib ki, “Lockheed Martin” bütün təyyarələr alınacağı təqdirdə Kanadada daha çox iş yerlərinin yaradılması təklifi ilə Ottavaya müraciət edib.

“Globe” F-35 alqı-satqısı ilə bağlı açıq danışmaq səlahiyyəti olmayan mənbəni açıqlamır. Mənbə neçə nəfərin işlə təmin olunacağından söhbət getdiyini qeyd etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   F-35  


Bizi "telegram"da izləyin