Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə mənbələri Avropa təhlükəsizlik arxitekturası və Türkiyənin töhfələri ilə bağlı suallara cavab olaraq bildiriblər.
Qeyd edilib ki, Türkiyə NATO-nun, ATƏT-in üzvü və Avropa İttifaqına namizəd ölkə kimi geostrateji mövqeyi, inkişaf edən müdafiə sənayesi və regional böhranların həllində mühüm rolu ilə Avropa təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsidir.
“Nazirimizin də vurğuladığı kimi, Türkiyə Silahlı Qüvvələrinin yüksək əməliyyat təcrübəsi, döyüş qabiliyyəti, müasir texnika imkanları bir çox ölkələr tərəfindən heyranlıqla qarşılanır. Yüksək ixtisaslı kadrları və qabaqcıl texnologiya silah sistemləri ilə gücünü günü-gündən artıran Türkiyə Silahlı Qüvvələri regional və qlobal təhlükəsizlik baxımından əvəzedilməz bir aktora çevrilib. Türkiyə milli hüquq və maraqlarımıza uyğun olaraq Avropanın təhlükəsizliyinə töhfə verməyə davam edəcək”, - deyə məlumatda bildirilib.
Sevinc Əliyeva
Ordu.az