Niger hərbi rejiminin başçısı keçid dövrünün prezidenti elan edilib

2025/03/GIr8O-1742997323.jpg
Oxunub: 384     17:48     26 Mart 2025    
2023-cü ildə hakimiyyəti ələ keçirən Niger hərbi qüvvələrinin lideri Abdurrahman Tçiani bu gün ölkə konstitusiyasını əvəz edən yeni xartiyaya uyğun olaraq beşillik keçid dövrü üçün prezident kimi and içib.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Onun prezidentlik səlahiyyətlərinin müddəti 2030-cu ildə başa çatacaq.

A.Tçianiyə, həmçinin ölkənin ən yüksək hərbi rütbəsi olan ordu generalı rütbəsi də verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niger   Prezident  


Bizi "telegram"da izləyin