Suriyada anbarda 3 milyon “Captagon” həbi müsadirə olunub

2025/03/45578-1742619194.jpg
Oxunub: 645     00:30     22 Mart 2025    
Suriyanın Narkotiklərlə Mübarizə İdarəsi Hələb şəhərində uğurlu əməliyyat keçirib.

Ordu.az-ın SANA agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə bir anbarda təxminən 3 milyon psixotrop təsirli “Captagon” həbi aşkar edilərək müsadirə olunub.

Əməliyyat zamanı narkotik ticarəti ilə məşğul olan şəxslərdən biri saxlanılıb.

Qeyd edək ki, “Captagon” həbləri ilk dəfə 1960-cı illərdə diqqət əskikliyi və depressiyanın müalicəsi üçün istehsal edilsə də, sonradan qeyri-qanuni narkotik bazarında geniş yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Captagon  


Bizi "telegram"da izləyin