Aİ ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini təxirə salıb

2025/03/529f0-1742195446.jpg
Oxunub: 559     17:52     20 Mart 2025    
Avropa İttifaqı (Aİ) ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini aprelin 1-dən ayın ortalarına qədər təxirə salıb.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.

Məlumata görə, Aİ ABŞ-dan olan tərəfdaşlarla əlavə məsləhətləşmələr aparmağı planlaşdırır.

Qeyd edilib ki, martın 12-də elan olunan cavab tədbirləri aprelin ortalarında qüvvəyə minəcək. Bu gecikmə ABŞ administrasiyası ilə aparılan danışıqlara əlavə vaxt vermək məqsədi daşıyır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   ABŞ  


Bizi "telegram"da izləyin