Kreml Rusiya və ABŞ arasında “taxıl sazişi”nin müzakirə edildiyini açıqlayıb

2025/02/1740133370.jpg
Oxunub: 501     14:46     20 Mart 2025    
Rusiya ilə ABŞ arasında texniki qruplar səviyyəsində aparılacaq danışıqlar həmçinin Qara dəniz taxıl təşəbbüsünə həsr olunacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.

“Prezidentlər (Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampı nəzərdə tutur – red.) telefon danışığında Qara dəniz təşəbbüsünün yenilənməsi haqqında da söhbət ediblər. Orada da müzakirə edilməli olan bir çox nüanslar var”, - Kreml nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, iki ölkənin texniki qrupları bu nüansları da müzakirə etmək üçün görüşəcəklər.

“Qara dəniz təşəbbüsünün həyata keçirilməsində kifayət qədər zəngin təcrübəmiz var idi. Biz o zaman bütün şərtləri yerinə yetirdik, lakin bizə münasibətdə riayət edilməli olan şərtlər heç vaxt yerinə yetirilmədi. Ona görə də təbii ki, bütün bunlar ətraflı müzakirə edilməlidir”, - Peskov deyib.

Qeyd edək ki, “taxıl sazişi” kimi də tanınan Qara Dəniz Taxıl Təşəbbüsü sazişi Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən 2022-ci ilin iyulunda imzalanıb. Bir il sonra Rusiya bu sazişdə iştirakını dayandırdığını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin