Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi yerli televiziya kanalının efirində deyib.
"Biz qətiliklə təzyiq, təhdid və artan sanksiyalar altında birbaşa danışıqlar aparmayacağıq. Danışıqlar bərabər şərtlərlə aparılmalıdır. Yaxın günlərdə D.Trampın məktubuna cavab verəcəyik və müvafiq kanallar vasitəsilə göndərəcəyik", - o bildirib.
Xatırladaq ki, martın 7-də D.Tramp bildirib ki, o, Xameneiyə nüvə proqramı üzrə danışıqların aparılmasını təklif edən mesaj göndərib.
Ordu.az