Portuqaliya Prezidenti parlamenti buraxıb, seçkilərin tarixini təyin edib

2025/03/1742458264.jpg
Oxunub: 475     11:50     20 Mart 2025    
Portuqaliya Prezidenti Marselu Rebelu de Souza ölkə Assambleyasının (birpalatalı qanunverici orqan) buraxılması haqqında fərman imzalayıb.

Bu barədə Ordu.az TASS-a istinadən xəbər verir.

“Prezident Assambleyanın buraxılması və qanunverici orqanlara seçkilərin mayın 18-nə təyin edilməsi haqqında fərman imzalayıb”, - sənəddə deyilir.

Qeyd edək ki, qarşıdan gələn seçkilər son üç ildə üçüncü olacaq.

Prezidentin parlamenti buraxmaq qərarı deputatların fevralın 11-də başlayan siyasi böhran fonunda Baş nazir Luiş Monteneqrunun rəhbərlik etdiyi hökumətə etimad göstərməkdən imtina etməsindən sonra verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Portuqaliya   Parlament  


Bizi "telegram"da izləyin