Tramp bu il Si Cinpinlə görüşə biləcəyini deyib

2024/11/1730954421.jpg
Oxunub: 405     06:51     20 Mart 2025    
ABŞ prezidenti Donald Tramp 2025-ci ildə Çinin prezidenti Si Cinpinlə görüşə biləcəyini təklif edib.

Ordu.az xəbər verir ki, bu haqda o “Fox News”a açıqlaması zamanı deyib.

"Bəli, bəlkə də. Demək istəyirəm ki, Si Cinpinlə zirvə görüşünə qarşı olmazdım", - o bildirib.

Tramp həmçinin xatırladıb ki, aprelin 2-də ABŞ Çin və digər ölkələrə qarşı idxal rüsumlarını tətbiq etməyə başlayacaq.

“Çin də, digər ölkələr də rüsumları ödəyəcək. Mən 2 aprel tarixinə Amerikanın azadlığı deyirəm. Biz o kök, axmaq, sadəlövh ölkə idik ki, dostlarımız da daxil olmaqla, hamının bizi üzməsinə icazə verirdik”, - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Si-Cinpin  


Bizi "telegram"da izləyin