CANiK Latın Amerikası bazarında varlığını gücləndirəcək əməkdaşlıqlara imza atacaq

2025/03/2025--1742365386.jpg
Oxunub: 561     19:22     20 Mart 2025    
“CANiK”ın bir hissəsi olduğu “Samsun Yurt Savunma” (SYS) Qrup şirkətləri Cənubi Amerikanın ən böyük müdafiə sənayesi sərgisi olan LAAD 2025-də Latın Amerikası bazarında varlığını gücləndirəcək əməkdaşlıqlara imza atacaq.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Cənubi Amerikanın ən böyük müdafiə sənayesi sərgisi olan “LAAD 2025 – Latin America Aerospace & Defence” 2025-ci il aprelin 1-4-də Rio-de-Janeyroda keçiriləcək.

Sərgi Latın Amerikasında, xüsusən də Braziliyada böyük hərbi satınalma layihələrinin formalaşdığı platforma kimi seçilir.

Dünyanın müxtəlif ölkələrindən müdafiə sənayesi liderlərini, yüksək səviyyəli hərbi rəsmiləri və sənaye mütəxəssislərini bir araya gətirən tədbirdə Türkiyənin müdafiə sənayesinin aparıcı markası olan “CANiK” və ona bağlı SYS Qrup şirkətləri güclü iştirak edəcək.

Qrup şirkətləri “CANiK”, UNIROBOTICS və “AEI Systems” sərgidə geniş çeşiddə məhsullarını nümayiş etdirərək, öz innovativ məhsullarını və gələcək nəsil həllərini birbaşa Braziliya və Latın Amerikası istifadəçilərinə təqdim edəcəklər.

Sərgidə böyük əməkdaşlıq və müqavilələr imzalayaraq, ixrac hədəflərinə doğru möhkəm addımlar atmağı planlaşdıran “CANiK” regionda strateji tərəfdaşlıqlarını daha da gücləndirməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CANiK   Latın-Amerikası  


Bizi "telegram"da izləyin