Ordu.az xəbər verir ki, müdafiə sənayesi nəhəngi “Lockheed Martin”in törəmə şirkəti olan “Sikorsky” həm helikopter, həm də təyyarə kimi uça bilən və daha böyük hava platformaları üçün miqyaslandırıla bilən, elektriklə işləyən 52 kq-lıq avtonom PUA-nı müvəffəqiyyətlə sınaqdan keçirdiyini açıqlayıb.
Şirkətin verdiyi məlumata görə, yeni konsepsiya “rotor üfürməli qanad” olaraq adlandırılan dizayndan istifadə edir.
Yeni dizayn pərlərdən və ya rotorlardan gələn hava axınını qanad səthlərinə yönəldir, sürtünməni azaldır və havanın sürətini artırır, beləliklə, qaldırma qabiliyyətini artırır.
Yeni konsepsiya, həmçinin qısa qalxma (STOL) və şaquli enmə-qalxma (VTOL) imkanlarına malikdir.
Sevinc Əliyeva
Ordu.az