Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Yeni nəsil səssiz sualtı qayıqların həm sudan, həm də havadan təsbiti və sualtı qayıqların yeni hücum texnikalarının sınaqdan keçirildiyi təlimə Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) “TCG Gür” sualtı qayığı, “TCG Kemalreis” freqatı və P-72 təyyarəsi ilə qatılıb.
Fevralın 28-də başlayan təlim martın 14-də başa çatıb. Türkiyə də daxil olmaqla, 6 ölkəyə məxsus sualtı qayıqlar birgə təlim keçirib.
11 ölkəyə məxsus gəmilər dəniz səthində sualtı qayıqlar tapmağa çalışarkən, sualtı qayıqlar da gəmilərə qarşı hücum taktikasını sınayıb.
Təlimdə Türkiyə HDQ-yə məxsus P-72 də daxil olmaqla, sualtı qayıqlara qarşı döyüş üçün xüsusi sistemlər daşıyan təyyarə və helikopterlər iştirak edib.
Sevinc Əliyeva
Ordu.az