Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ARVAKER 1 N3X adlı peyk “SpaceX”in “Transporter 13” missiyasının bir hissəsi olaraq Kaliforniyadakı “Vandenberg” Kosmik Qüvvələri Bazasından buraxılıb.
Bildirilir ki, bu, şirkətin peyklərə sahib olmaq və onları idarə etmək sahəsində ilk addımıdır.
“Kongsberg”in kosmosla bağlı fəaliyyətlərinə peyk istehsalı, yerüstü stansiyalar, məlumatların emalı və analitika kimi maddələr daxildir.
Şirkət həssas faydalı yüklərə malik peyklərin yığılması, inteqrasiyası və sınaqdan keçirilməsi üçün imkanlara malikdir.
2024-cü ildə “Kongsberg” Norveç Silahlı Qüvvələri ilə dəniz müşahidəsi məlumatlarını təmin etmək üçün beş illik müqavilə imzalayıb.
Müqavilə çərçivəsində 3 MP42H peyki orbitə buraxılacaq.
Sevinc Əliyeva
Ordu.az