İsrail yeni F-35 döyüş təyyarələrini təhvil alıb

2025/03/2025--1742363367.jpg
Oxunub: 565     11:48     20 Mart 2025    
İsrail Müdafiə Qüvvələri (IDF) ABŞ-nin “Lockheed Martin” şirkətindən daha 3 ədəd F-35I döyüş təyyarəsini təhvil alıb.

Ordu.az xəbər verir ki, bu barədə IDF-in açıqlamasında bildirilib.

Açıqlamada IDF ABŞ-nin müdafiə nəhəngi “Lockheed Martin”dən satın aldığı 3 ədəd F-35I döyüş təyyarəsinin “Nevatim” aviabazasına eniş etdiyini və İsrailin ilkin 50 ədəd F-35 döyüş təyyarəsi sifarişindən 42-ni təhvil aldığını qeyd edib.

Sözügedən 3 ədəd F-35I-nin ötən həftə ölkəyə gəldiyi bildirilib, təyyarələrin 116-cı Eskadrilyaya qatılacağı və İsrail Hərbi Hava Qüvvələrindəki (HHQ) F-35-lərin sayını 42-yə çatdıracağı vurğulanıb.

Bununla yanaşı, “Jerusalem Post”un xəbərinə görə, təxminən iki ay ərzində daha 3 təyyarə İsrail HHQ-yə təhvil veriləcək.

Digər tərəfdən, cari sifarişin son 2 təyyarəsinin 2026-cı ildə, digər 3 təyyarənin isə 2025-ci ildə təhvil veriləcəyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   F-35  


Bizi "telegram"da izləyin