Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
“Çox gözəl səslənir – ABŞ Beynəlxalq İnkişaf Agentliyi. Gözəl deyilmi? Amma bu tam bir fırıldaqçılıqdır”, – Vaşinqton administrasiyasının başçısı təfərrüatları açıqlamadan bildirib.
Tramp vurğulayıb ki, ABŞ Demokrat Partiyası bu pozuntulara maraq göstərmir və onun administrasiyasının agentliyin işini dayandırmağa yönəlmiş tədbirlərinə qarşı çıxır.
“Demokratlar daim deyirlər: “Konstitusiyamız pozulub”. Onların heç vaxt danışmadıqları yeganə şey milyardlarla dolların hara yoxa çıxmasıdır. Onlar axtarmaq istəmirlər”, – Amerika lideri qeyd edib.
Ordu.az