Ordu.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin müavini Pavel Beyda RMF FM radiostansiyasının efirində bildirib.
“Bu (piyadalara qarşı minalar – red.), “Şərq qalxanı”nın elementlərindən biri olacaq”, – Beyda vurğulayıb.
Onun sözlərinə görə, Polşaya bir milyona qədər piyadaəleyhinə mina lazımdır, onları ölkə daxilində istehsal etmək niyyətindədirlər.
“Bunu Polşa Silah Qrupunun zavodları edəcək, lakin mən təfərrüatlara varmaq istəmirəm”, – siyasətçi qeyd edib.
Ordu.az