Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün ekspert qrupları yaradacaq

2021/10/16123-1634271655.jpg
Oxunub: 537     21:52     18 Mart 2025    
Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp telefon danışığında Rusiya – Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri, o cümlədən Amerika liderinin təkliflərini nəzərə almaqla davam etdirmək niyyətlərini təsdiqləyiblər.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti söhbətdən sonra məlumat yayıb.

“Liderlər ikitərəfli qaydada, o cümlədən ABŞ Prezidentinin qeyd olunmuş təkliflərini nəzərə alaraq, Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq üçün səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər”, – məlumatda bildirilib.

Qeyd olunub ki, bu məqsədlə Rusiya və Amerika ekspert qrupları yaradılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Vaşinqton   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin