İsrail Suriyanın artilleriya vasitələrinə hava zərbəsi endirib

2024/09/1726808496.jpg
Oxunub: 571     17:46     18 Mart 2025    
İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna yeni zərbələr endirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, zərbələrin hədəfi Suriyanın cənubundakı Xan-Arnaba qəsəbəsi ərazisində yerləşən artilleriya vasitələri olub.

"Suriyanın cənubunda silahların olması İsrail dövləti üçün təhlükə yaradır. İsrail Ordusu Suriyanın cənubunda hərbi təhlükənin olmasına imkan verməyəcək", - hərbçilər bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin